Nokia ilə naviqasiya – pulsuz və həmişəlik

 

Nokia bütün dünya üzrə öz smartfonlarında naviqasiya servislərinin hamısını pulsuz edir

 

21 yanvar, Espoo – Nokia öz smartfonlarındakı bütün avtomobil və piyada naviqasiya servislərinin Ovi Xəritələrinin yeni versiyasında (www.nokia.com/maps saytında yükləmək olar) pulsuz olacağını elan etdi. Bu addım mobil naviqasiya bazarının həcmini ikiqat artıra bilər.

 

Ovi Xəritələrinin yeni versiyası piyada və avtomobil naviqasiyasının bütün funksiyalarını, 74 ölkə üçün 46 dildə addımbaaddım səsli müşayiəti, 10-dan çox ölkə üçün hərəkətin vəziyyəti haqda məlumatı, həmçinin 180-dən artıq ölkə üçün ətraflı xəritələri özündə birləşdirəcək. 

 

“Mobil telefon və yalnız müəyyən ölkə və ya bölgədə işləyən ayrıca avtomobil naviqasiya qurğusunun olması nəyə lazımdır? İkisini birində birləşdirin, bu təklifi pulsuz və qlobal edin və siz dərhal mobil naviqasiya bazarının potensialını ikiqat artıracaqsınız. Nokia bütün dünyada avtomobil və piyada naviqasiyasını təklif edən yeganə şirkətdir, özü də avtomobil naviqasiya sistemləri istehsalçılarından fərqli olaraq, biz istifadəçini bir ölkə və ya bölgənin xəritəsi ilə məhdudlaşdırmırıq. Başqa ölkə üçün lisenziya almaq lazım deyil, buraya hətta bir neçə günlük gəlmisinizsə belə. Biz həm xəritələri, həm də naviqasiya xidmətlərini pulsuz təklif etməklə yanaşı istifadəçilərin gözlədiyi yüksək keyfiyyətli funksional təklif edirik”. Bu sözlərlə Nokia şirkətinin Vitse-prezidenti Anssi Vanyoki (Anssi Vanjoki) çıxış etdi.

 

Ovi Xəritələrinin 5 əsas özəlliyi:

 

1.      Bütün dünya ölkələrinin xəritələri, avtomobil və piyada naviqasiyası - pulsuz
Ovi Xəritələrinin yeni versiyası smartfonunuzun bütün istifadəsi müddətində bütün xəritələri və pulsuz yüksək keyfiyyətli naviqasiyanı təmin edir. Başqa ölkə, bölgə ya da servislər üçün heç bir əlavə lisenziya, əlavə olaraq hərəkətin vəziyyəti haqda məlumat və bələdçi kitabçası əldə etmək lazım deyil. Həm piyada, həm də avtomobil naviqasiyası üçün pulsuz addımbaaddım səsli müşayiət. Təkcə telefondan İnternetə çıxış xərclərinin olması mümkündür.

 

2.      Naviqasiya zamanı mobil şəbəkəyə daimi bağlantının olması vacib deyil
Nokia-nın unikal gibrid texnologiyası sayəsində şəbəkəyə bahalı və akkumulyatoru yatıran bağlantı Sizə lazım olmayacaq. Siz qabaqcadan öz Nokia smartfonunuza xəritələri yükləyə və onu offline rejiminə keçirərək akkumulyatorun sərf edilməsinə qənaət edə  bilərsiniz, naviqasiya sistemi isə onsuz da işləyəcək. Bu, xaricə səyahət edən və qoşulma xərclərinə görə narahat olan insanlar üçün və ya pis ya da sıfır dərəcəli əhatəyə malik bölgələrdə xüsusu ilə sərfəlidir.

 

3.      180-dən artıq ölkə - ən yaxşı qlobal əhatə
Hara gedirsinizsə gedin, Siz özünüzlə mobil telefon götürüsünüz, buna görə də biz 180-dən artıq ölkə üçün xəritə, həmçinin 74 ölkə üçün 46 dildə səsli avtomobil və piyada naviqasiyanı təklif edirik. Bu ən yaxşı dünya əhatəsidir, həm də pulsuz.

 

4.      Unikal gibrid vektor xəritələr
Ovi
Xəritələri qabaqcıl gibrid vektor xəritələrinin bazasında qurulub. Bu xəritələr yüksək keyfiyyətli təsvir təqdim edir, lakin ötürülən verilənlərin həcmi ölçü etibarilə daha azdır və bu Sizə hətta mobil əlaqə olmayanda belə, naviqasiya qurmağa imkan verəcək. Mobil operator şəbəkəsindən İnternetə qoşulma vasitəsilə yükllənmiş və ya yenilənmiş xəritələrin öçüsü digər mobil xəritə tədarükçülərinin proqramları üçün olan kartoqrafik verilənləri ilə müqayisədə təxminən iki dəfə azdır. Həmçinin, gibrid texnologiyası digər tədarükçülərin həllərindən fərqli olaraq, yüklənmiş xəritələri qurğuda sonrakı istifadə üçün saxlamağa imkan verir.

 

5.      Avtomobilist və piyadalar üçün hərəkətin vəziyyəti haqda məlumat və səsli müşayiət
Avtomobilistlər üçün bizim təklifə zolağın seçilməsində kömək, hərəkətin vəziyyəti, radarlar haqda məlumat və icazə verilən maksimal sürət barədə xəbərdarlıqlar daxildir. Piyadalar üçün biz dünyanın 80-dən çox şəhərinin park və piyada zonalarında optimal marşrut seçimini, həmçinin 200-dən çox şəhərdə 6000 3D nişanları təklif edirik. 

 

2010-cu ilin mart ayından GPS qəbuledicisinə malik bütün yeni Nokia modelləri qabaqcadan quraşdırılmış Ovi Xəritələrinin yeni versiyası, yüklənmiş bölgə xəritəsi, eləcə də piyada və avtomobil naviqasiyanın pulsuz funksiyaları və  Lonely Planet və Michelin kataloqlarına çıxış imkanı ilə birlikdə tədarük olunacaq. 

 

Əlavə məlumatı buradan əldə etmk olar:

http://digitalnewsroom.nokia.com

www.nokia.com/press

 

Qeyd:

Anons anında Ovi Xəritələrinin yeni versiyası ilə uyğunlaşan modellərin siyahısı: Nokia N97 mini, Nokia 5800 XpressMusic, Nokia 5800 Navigation Edition, Nokia E52, Nokia E55, Nokia E72, Nokia 5230, Nokia 6710 Navigator, Nokia 6730 classic və Nokia X6.. Uyğun modellərin aktual siyahısını dəqiqləşdirmək üçün  http://www.nokia.com/maps saytına müraciət edin.

 

Verilənlərin ötürülməsinə görə müəyyən xərclərin olması mümkündür. Zəhmət olmasa, verilənlərin ötürülməsi qiymətini operatorlardan dəqiqləşdirin.  

 

Nokia haqqında

Nokia – mobil kommunikasiya sənayəsinin banisi və mobil qurğuların dünya üzrə aparıcı istehsalçısıdır. Bu gün Nokia vacib məlumatla əlaqədə qalmağa imkan verən fərdiləşdirilmiş servislərlə mobil əlaqənin ən müasir texnologiyaları birləşdirərək ən müxtəlif yollarla insanlar arasında əlaqəni təmin edir. Bundan başqa, Nokia поставляет широкий ассортимент оцифрованной картографической информации через NAVTEQ vasitəsilə rəqəmsal varianta keçirilmiş xəritələrlə bağlı məlumatın geniş çeşidini, eləcə də rabitə şəbəkələri üçün qurğu, həllər və xidmətləri Nokia Siemens Networks vasitəsilə çatdırır.

 

Əlavə məlumat:

 

Nokia

 

Viktoriya Yeremina – Nokia-nın Avrasiyada (Rusiya, Ukrayna, MDB-nin cənub ölkələri, Türkiyə) ictimaiyyətlə əlaqələr üzrə direktoru

 

Andrey Orlov Nokia-nın Avrasiyada (Rusiya, Ukrayna, MDB-nin cənub ölkələri, Türkiyə) ictimaiyyətlə əlaqələr üzrə meneceri

Tel.:+ 7 (495) 795-05-00, faks: 795-05-09

nokiarussia@nokia.com
www.nokia.ru

 

 

MDB-nin cənub ölkələrində məlumat dəstəyi:

 

AQT-Qazaxıstan:

Tel.: +7 (727) 376-08-80

Asel Jaleşeva

a.zhalesheva@agt-agency.ru

 

 « Prev  |  Next »