Nokia QWERTY klaviaturalı 3 yeni cihazını təqdim edir — Nokia C3, Nokia C6 və Nokia E5. Bu cihazlar xüsusi olaraq sosial şəbəklərdə ünsiyyət qurmaq, ismarışlarla bölüşmək və elektron poçtla iş üçün yaradılmışdır. Tezliklə dünyanın hər yeriində istifadəçilər sərfəli qiymətə bu cihazların üstünlüklərini dəyərləndirə biləcək.

«İsmarışlarla bölüşməyə imkan verən cihazlarımızın çeşidi çox uğurludur. Ən populyar poçt akkauntları və korporativ poçtla iş üçün nəzərdə tutulmuş servislərə, həmçinin ani ismarışlarla bölüşməyə imkan verən servislərə Nokia E71 və Nokia E63 kimi QWERTY-klaviaturalı cihazların sahibləri arasında böyük tələbat var. Bu gün daha çox istifadəçi qiymətləri sərfəli olan cihazlardan yararlanaraq elektron poçt və sosial şəbəkələrdən daima istifadə etmək istəyir. Nokia-nın yeni modelləri onlara məhz bu imkanları verir». Bu sözləri öz çıxışında Nokia Markets bölməsinin rəhbəri Anssi Vanyoki (Anssi Vanjoki) söylədi.

Nokia C3 — Series 40 platformasında, tam QWERTY-klaviaturalı və birbaşa iş masasından sosial şəbəkələrə daxil olma imkanı verən ilk qurğudur. İstifadəçilər səhifələrə baxa, şərh yaza, statuslarını yeniləyə və Facebook, Twitter və s. kimi sevimli sosial şəbəkələrdə foto və video yerləşdirə biləcəklər. Nokia C3 həmçinin Ovi Mail poçt servisini və Ovi Chat ani ismarışlarla bölüşmə servisini dəstəkləyir. Yeni istifadəçilər kompüterin köməyi olmadan birbaşa cihazdan elektron poçtda və çatda öz akkauntlarını aça biləcəklər. Nokia C3 digər xüsusiyyətləri arasında bunları qeyd etmək olar: Wi-Fi dəstəklənməsi, 2-Mpiks kamera, dolğun rəngli 2,4 düymlük displey, 8GB-dək həcmli yaddaş kartlarının dəstəklənməsi. Cihaz müxtəlif rənglərdə olacaq (ağ qızıllı ilə, boz, açıq çəyrayı). Qiyməti təqribən 90 avro olacaq.

Nokia C6 — slayd tipli klaviaturaya və 3,2 düymlük sensor displeyə malik Symbian-smartfon birbaşa iş masasından İnternetə və Facebook lentinə rahat daxil olmanı təmin edir. Elektron poçtun dəstəklənməsi və sosial şəbəkələrdə ünsiyyət qurmaq imkanı Nokia C6 istifadəçilərinə gündəlik işlərdən ayrılmayaraq daima əlaqədə olmaq imkanını verir. Smartfon fotoalışma və avtofokusa malik 5-Mpiks kamera ilə təchiz edilib, pulsuz piyada və avtomobil naviqasiyalı Ovi xəritələrini dəstəkləyir. Bundan başqa, Ovi mağazasında minlərlə proqram — oyun və videolardan tutmuş xəbər və veb xidmətlərədək əldə etmək olar. Nokia C6 modelinin ilkin qiyməti 220 avro təşkil edəcək.

Nokia E5 — Eseries model sırasında yenilikdir. Bu model xüsusi olaraq həm professional, həm də şəxsi həyatda uğur əldə etmək istəyən insanlar üçün yaradılmışdır. Symbian Əməliyyat sistemi əsasında çalışan Nokia E5 Nokia E72 və Nokia E63 kimi uğurlu cihazların davamı kimi dəyərləndirilir, qabaqcıl biznes funksiyaları ilə fərdi ünsiyyət və əyləncə imkanlarını özündə birləşdirərək hər bir iş adamının istəklərinə cavab verir. Nokia E5 Ovi mağazasında əldə edilə biləcək minlərlə effektiv proqramla yanaşı sıx iş qrafikini idarə etmək üçün ideal uyğun gəlir. Nokia E5 istənilən yerdə asanlıqla əlaqədə olmağa kömək edəcək, çünki o, Mail for Exchange və IBM Lotus Notes Traveler servisləri sayəsində dünya üzrə 90%-dən artıq korporativ poçt akkauntuna birbaşa çıxış imkanına malikdir. Nokia E5 modelinin gözlənilən qiyməti 180 avrodur.

Hər üç yeni model satışa 2010-cu ilin üçüncü rübündə çıxarılacaq.

Nokia haqqında
Nokia şirkətində insanları birləşdirməyi biz öz missiyamız kimi qəbul edirik. Biz qabaqcıl texnologiyalarla yanaşı fərdiləşdirilmiş servislər də təklif edirik və bunun sayəsində insanlar onlar üçün vacib olan şeylərə daha yaxın ola bilər. Hər gün 1,2 milyarddan çox insan Nokia şirkətinin cihazları vasitəsilə bir-biri ilə əlaqə saxlayır. Bu həm sadə telefon, həm də müasir smartfon və yüksək effektivliyə malik mobil kompüterlər də ola bilər. Bu gün Nokia şirkəti Ovi (www.ovi.com) vasitəsilə öz cihazlarına yeni servisləri inteqrasiya edir — musiqi, xəritələr, proqramlar, elektron poçt və daha nələr. Nokia-nın bir bölməsi olan NAVTEQ şirkəti kompleks rəqəmsal kartoqrafiya və naviqasiya servisləri sahəsində liderdir, Nokia Siemens Networks şirkəti isə bütün dünya üzrə rabitə şəbəkələri üçün təchizat və həllər təminatçısıdır.

Əlavə məlumat:

Viktoriya Yeremina — Nokia-nın Avrasiyada (Rusiya, Ukrayna, MDB-nin cənub ölkələri, Türkiyə) ictimaiyyətlə əlaqələr üzrə direktoru

Tatyana Oberemova — Nokia-nın Avrasiyada (Rusiya, Ukrayna, MDB-nin cənub ölkələri, Türkiyə) ictimaiyyətlə əlaqələr üzrə meneceri

Andrey Orlov — Nokia-nın Avrasiyada (Rusiya, Ukrayna, MDB-nin cənub ölkələri, Türkiyə) ictimaiyyətlə əlaqələr üzrə meneceri
Tel.:+ 7 (495) 795-05-00,
faks: 795-05-09
nokiarussia@nokia.com
www.nokia.ru

MDB-nin cənub ölkələrində məlumat dəstəyi:
AQT-Qazaxıstan:
Tel.: +7 (727) 376-08-80
Asel Jaleşeva
a.zhalesheva@agt-agency.ru   

 « Prev  |  Next »