Nokia şirkəti X seriyasından yeni telefonu təqdim edir — Nokia X2. Nokia X2 modeli 2010-cu ilin yayın sonu — payızın əvvəlində satışa çıxarılacaq.

Nokia X2 monobloku 2,2 düymlük diaqonallı QVGA displeylə təchiz edilmişdir, bununla belə telefonun çəkisi 81 qramdır, korpusun eni isə cəmi 13 mm-dir. Yeni qurğu, seriyanın bundan əvvəlki Nokia X3 və Nokia X6 modelləri kimi, rahat musiqi dinləmək üçün əla uyğun gəlir, eyni zamanda telefon və musiqi pleyerinin funksionalını bir cihazda cəmləşdirməyə üstünlük verən istifadəçilərə ünvanlanıb. Yeni, dəbli Nokia X2 iki stereo dinamik, musiqiyə ani çıxış imkanı verən xüsusi düymələr, FM radio ilə təchiz edilmişdir və 16GB-dək həcmli microSD yaddaş kartlarını dəstəkləyir.

Cihaz Bluetooth 2,1 modulu ilə təchiz olunub ki, bunun sayəsində simsiz stereo qarnitur qoşula bilər, 3,5 mm-lik audio çıxış köməyilə isə Nokia X2 sahibi öz qulaqlıqlarını qoşa bilər. USB 2,0 portu vasitəsilə musiqini yüksək sürətlə ötürmək olar, musiqi faylları ilə rahat idarə isə Ovi Player PC və Windows Media Player 11 köməyilə həyata keçirilir.

Musiqi imkanlarından başqa, Nokia X2 həmçinin birbaşa iş masasından sosial şəbəkələrdə ünsiyyət qurmağa imkan verir (Facebook vasitəsilə) və ani ismarış servislərinə, eləcə də Nokia Messaging servisinin köməyilə elektron poçt ismarışlarına keçid əldə etməyə imkan verir (daha ətraflı məlumat: http://www.nokia.ru/explore-services/email). Yeni cihazın digər üstünlükləri arasında bunları qeyd etmək olar: Ovi mağazasındakı proqramlara ani keçid, 5-Mpiks kamera və video yazma imkanı.

Nokia haqqında
Nokia şirkətində insanları birləşdirməyi biz öz missiyamız kimi qəbul edirik. Biz qabaqcıl texnologiyalarla yanaşı fərdiləşdirilmiş servislər də təklif edirik və bunun sayəsində insanlar onlar üçün vacib olan şeylərə daha yaxın ola bilər. Hər gün 1,2 milyarddan çox insan Nokia şirkətinin cihazları vasitəsilə bir-biri ilə əlaqə saxlayır. Bu həm sadə telefon, həm də müasir smartfon və yüksək effektivliyə malik mobil kompüterlər də ola bilər. Bu gün Nokia şirkəti Ovi (
www.ovi.com) vasitəsilə öz cihazlarına yeni servisləri inteqrasiya edir — musiqi, xəritələr, proqramlar, elektron poçt və daha nələr. Nokia-nın bir bölməsi olan NAVTEQ şirkəti kompleks rəqəmsal kartoqrafiya və naviqasiya servisləri sahəsində liderdir, Nokia Siemens Networks şirkəti isə bütün dünya üzrə rabitə şəbəkələri üçün təchizat və həllər təminatçısıdır.

Nokia
Viktoriya Yeremina — Nokia-nın Avrasiyada (Rusiya, Ukrayna, MDB-nin cənub ölkələri, Türkiyə) ictimaiyyətlə əlaqələr üzrə direktoru

Tatyana Oberemova — Nokia-nın Avrasiyada (Rusiya, Ukrayna, MDB-nin cənub ölkələri, Türkiyə) ictimaiyyətlə əlaqələr üzrə meneceri

Andrey Orlov — Nokia-nın Avrasiyada (Rusiya, Ukrayna, MDB-nin cənub ölkələri, Türkiyə) ictimaiyyətlə əlaqələr üzrə meneceri
Tel.:+ 7 (495) 795-05-00, faks: 795-05-09
nokiarussia@nokia.com
www.nokia.ru  

MDB-nin cənub ölkələrində məlumat dəstəyi:

AQT-Qazaxıstan:
Tel.: +7 (727) 376-08-80
Amina Kudabayeva
a.kudabaeva@agt-agency.ru

Anar Sembinova
a.sembinova@agt-agency.ru   

 « Prev  |  Next »